Rodriqes Kolumbiya-Kot-dİvuar matçının ən yaxşısıdır
19.06.2014 - 22:41
Rodriqes Kolumbiya-Kot-dİvuar matçının ən yaxşısıdır

 

Kolumbiya millisinin yarımmüdafiəçisi Xames Rodriqes Kolumbiya-Kot-dİvuar matçının ən yaxşı oyunçusu seçilib. Apasport.az saytının məlumatına görə, bu barədə FİFA-nın rəsmi saytında xəbər verilir.

 

22 yaşlı futbolçu 90 dəqiqə meydanda olub və ilk qolu məhz o vurub. Xatırladaq ki, Rodriqes Yunanıstanla oyunda da ən yaxşı oyunçu seçilmişdi.