Rodriqes rəsmən “Real”da - FOTO
23.07.2014 - 02:17
Rodriqes rəsmən “Real”da - FOTO

 

Kolumbiya millisinin və “Monako”nun yarımmüdafiəçisi Xames Rolriqes rəsmən “Real Madrid”ə keçib. Apasport.az saytının məlumatına görə, bu barədə kral klubunun rəsmi saytında bildirilir.

 

Futbolçu ilə 6 illik müqavilə imzalanıb. O, dünən axşam madridlilərin ev stadionu olan “Santyaqu Bernabeu” stadionunda jurnalistlərə və azarkeşlərə təqdim edilib.

 

Rodriqesin 80 milyon avroya transfer olunduğu bildirilir. Bu, Fransa futbolu tarixində ən bahalı transferdir. Bundan əvvəl futbolçunun “Real”da ildə 7 milyon avro alacağı bildirilirdi.

 

Rodriqes Braziliyada keçirilən dünya çempionatının ən yaxşı bombardiri olub. Futbolçu mundialda 6 qol vurub. Kolumbiya millisi isə 1/4 finalda Braziliyaya məğlub olaraq turniri tərk edib.