Roman Qriqorçuk: Məğlubiyyət bizim üçün bir materialdı
06.02.2015 - 16:34
“Öncə rəqibi qələbə münasibətilə təbrik edirəm. Nəticədən də, oyundan da narazıyam”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk deyib.
Ukraynalı mütəxəssis Topaz Premyer Liqasının XX turunun AZAL-la oyunu haqda fikirlərini açıqlayıb: “Məğlubiyyət bizim üçün bir materialdır. Mənim istədiyim bir plan, stil var. Bura intensiv hərəkətlər daxildi. Həmin proqramı futbolçuların orqanizmi qəbul etməlidi. Vaxta ehtiyacımız var”.
Qeyd edək ki, AZAL uzatma dəqiqələrində penaltidən vurulan qolla “Qəbələ”ni 1:0 hesabı ilə məğlub edib.
0
0