[b]Roman Qriqorçuk necə fərqlənir?[/b]
29.01.2015 - 13:28
[b]Roman Qriqorçuk necə fərqlənir?[/b]

Topaz Premyer Liqasının ikinci yarısının startı iki baş məşqçinin yeni klubundakı debütü ilə əlamətdar olacaq. Apasport.az saytının məlumatına görə, Elbrus Məmmədov “Xəzər Lənkəran”ı,  Roman Qriqorçuk isə “Qəbələ”ni ilk rəsmi matça çıxaracaq.

 

Azərbaycanda debüt edəcək ukraynalı mütəxəssis Azərbaycan çempionatında çalışan həmkarlarından fərqlənəcək.

 

Belə ki, bu il 50 yaşını qeyd edəcək Qriqorçuk Premyer Liqanın 9 klubunda çalışan baş məşqçilər arasında ən təcrübəlisidi. O qədər də yaşlı olmayan mütəxəssisin həmkarlarından böyük olması isə çempionatımızda məşqçilərin orta yaş həddinin aşağı düşməsi ilə bağlıdı. İndi bu rəqəm 45 yaş 4 ay 8 günə bərabərdi.

 

Həmkarlarından yaşda böyük olan ukraynalı bu göstəricidə “Bakı”lı İbrahim Uzuncanı 1 il üstələyir. Premyer Liqanın ən gənc baş məşqçisi isə Qurban Qurbanovdu. “Qarabağ”ın çalışdırıcısı “Sumqayıt”lı həmkarı Aqil Məmmədovu 1 gün, “Xəzər Lənkəran”lı Elbrus Məmmədovu 2 ay qabaqlayır. Onların hər üçü bu il 43 yaşını qeyd edəcək.

 

Qriqorçuka qədər Premyer Liqanın ən yaşlı baş məşqçisi “Xəzər Lənkəran”dan ayrılan Oğuz Çətin idi. 51 yaşlı mütəxəssis mövsümün ilk yarısından sonra komandasından ayrılıb. Ümumilikdə isə mövsümün ən təcrübəlisi 55 yaşında “Neftçi”ni çalışdıran Böyükağa Hacıyev olub.