Ronaldo 100-cü oyununda qol vurdu
03.04.2014 - 04:48
“Real Madrid”in oyunçusu Kriştiano Ronaldo özünəməxsus rekorda çatıb. Apasport.az saytının məlumatına görə, portuqaliyalı hücumçu Dortmund “Borussiya”sına qarşı oyunda turnirdəki 100-cü matçına çıxıb.
Bununla da o, Çempionlar Liqasında 100 oyun keçirən 21-ci futbolçu olub. Ona qədər ancaq bir portuqaliyalı – Luiş Fiqu Çempionlar Liqasında 100 oyun səddini keçib.
Maraqlıdır Ki, Ronaldu 100-cü oyununda qol vuran üçüncü futbolçudur. İndiyə kimi ancaq Tyerri Anri və Zlatan İbrahimoviç Çempionlar Liqasındakı 100-cü oyunlarında qol vura bilmişdilər.
0
0