İspaniyanın “Real” klubunun portuqaliyalı futbolçusu Kriştianu Ronaldo Çempionlar Liqasının yarımfinal mərhələsinin “Bavariya” ilə oyununda (4:0) 2 qola imza atmaqla 2 rekord müəyyənləşdirib. Apasport.az saytının məlumatına görə, Almaniyanın Münhen şəhərindəki qarşılaşmada dubla imza atan hücumçu cari mövsüm bu yarışda vurduğu qolların sayını 16-ya çatdırıb. Bu isə turnirin mütləq rekordudur.
“Bavariya” ilə oyunadək 14 qol vuran Ronaldo rekorda şərik idi. Belə ki, Lionel Messi “Barselona” ilə 2011/12, Joze Altafininin “Milan”la 1962/63 mövsümündə 14 dəfə fərqlənmişdi.
Portuqaliyalı həm də Çempionlar Liqasının pley-off mərhələsində vurduğu qolların sayında rekorda imza atıb. Qrup mərhələsindən sonrakı görüşlərdə 32-ci qolunu vuran Ronaldo Messinin rekordunu keçməklə, argentinalını 1 top qabaqlayır.