“Real Madrid” futbol klubunun hücumçusu Kriştiano Ronaldo Madrid klubunun məşqini vaxtından əvvəl tərk edib. Apasport.az saytının məlumatına görə, onun Çempionlar Liqasının 1/4 final matçında Dortmund “Borussiya”sına qarşı oynamayacağı bildirilir.
Ronaldo cəmi 20 dəqiqə məşq edəndən sonra narahatlıq hiss edib. Fizioterapevtlər elə meydandaca ona kömək ediblər və bundan sonra Ronaldo soyunub-geyinmə otağına yollanıb. Qeyd edək ki, bundan əvvəl komandanın baş məşqçisi Karlo Ançelotti Ronaldonun özünü yüz faiz sağlam hiss etdiyini və oynaya biləcəyini, lakin onun sağlamlığı ilə risk etməyəcəklərini bildirmişdi.