Ronaldo: Braziliyalıların dəstəyinə ümid edirəm
07.05.2014 - 03:25
Portuqaliya yığmasının lideri Kriştiano Ronaldo braziliyalı azarkeşləri ələ almağa çalışıb. Apasport.az saytının məlumatına görə, hücumçu azarkeşlərin dünya çempionatı zamanı onun komandasını dəstəkləyəcəklərinə ümid etdiyini bildirib.
Ronaldo Braziliyanı qardaş ölkə adlandırıb: “Biz eyni dildə danışırıq. Biz qardaş ölkəyik. Ona görə də, azarkeşlərin dəstəyinə ümid edirəm. Biz favorit deyilik. Amma çalışacağıq. Bizim qrupumuz çox güclüdür. Fikrimcə dünya çempionatında ən güclü qrupdur. Almanlarla oynayacağımız ilk oyunun nəticəsi çox vacib olacaq”.
0
0