Ronaldo Benitesdən narazıdı
21.07.2015 - 14:24
Ronaldo Benitesdən narazıdı

Madrid “Real”ının portuqaliyalı futbolçusu Kriştianu Ronaldo komandasını tərk edə bilər. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı ulduz oyunçu “kral klubu”nun yeni baş məşqçisi Rafael Beniteslə dil tapa bilmir.

 

Məsələ burasındadı ki, Ronaldo ispaniyalı çalışdırıcının iş üslubundan, məşq metodundan narazıdı. O hətta məşqlərin birini erkən tərk etməsi ilə diqqət çəkib.

 

İspaniya mətbuatı Ronaldo ilə Benitesin oyun təfəkkürünün üst-üstə düşmədiyini iddia edir. Bu səbəbdən 30 yaşlı futbolçunun “Real”ı tərk edəcəyi gözlənilir.