Ronaldo dünyanın ən nüfuzlu şəxsləri sırasında
26.04.2014 - 04:25
Ronaldo dünyanın ən nüfuzlu şəxsləri sırasında

 

“Real Madrid” futbol klubunun hücumçusu Kriştiano Ronaldo “Time” jurnalının hazırladığı “Dünyanın 100 ən nüfuzlu şəxsi” siyahısına düşüb. Apasport.az saytının məlumatına görə, Ronaldodan əlavə siyahıda daha 5 idmançının adı var.

 

Dünya futbolunun əfsanəsi Pele Ronaldo barəsində “Time” jurnalına bunları deyib: “Kriştiano Ronaldo bu gün dünyanın ən nüfuzlu idmançılarından biridir. Onun ağılı mənim çox xoşuma gəlir. Onun bu gün dünyanın ən yaxşı futbolçusu sayılması da təəccüblü deyil. O heç bir zaman Portuqaliya millisinə kömək etmək şansını buraxmayıb. O, mənə mərhum dostum Eysebionu xatırladır. Mən öz dövrümdə Ronaldo kimi futbolçu ilə oynamaq istərdim”.

 

Qeyd edək ki, “Dünyanın 100 ən nüfuzlu şəxsi” siyahısına amerikalı tennisçi Serena Uilyams, qolfçu Lidiya Ko, basketbolçu Ceyson Kollinz, Amerika futbolunun oyunçusu Riçard Şermanın da adları daxil edilib.