Ronaldo ən çox qazanan futbolçudur
08.05.2014 - 20:12
Ronaldo ən çox qazanan futbolçudur

 

 

“Forbes” jurnalı dünyanın ən çox pul qazanan futbolçularının yeni reytinqini açıqlayıb. Apasport.az saytının məlumatına görə, reytinqə “Real Madrid”in hücumçusu Kriştiano Ronaldo başçılıq edir. Ronaldo ötən il 73 milyon dollar qazanıb. Bu məbləğin 24 milyonu sponsorlarla reklam müqavilələrinin payına düşür.

 

İkinci yerdə “Barselona”nın hücumçusu Lionel Messi gəlir. Messi 65 milyon dollar qazanıb və bu məbləğin 23 milyonu reklamların payına düşür. İlk üçlüyü Zlatan İbrahimoviç tamamlayır. Onun illik qazancı 34 milyon dollar olub. Bu məbləğin 30 milyonunu PSJ-dəki əməkhaqqı, 4 milyonunu isə reklam müqavilələri təşkil edir.

 

İlk onluğa Neymar (28 milyon dollar), Radamel Falkao (26 milyon dollar), Haret Beyl (24 milyon dollar), Ueyn Runi (22 milyon dollar), Serxio Aquero və Yaya Ture (hər biri 21 milyon dollar) və Fernando Torres (20 milyon dollar) daxildir.