Ronaldo gələn həftə rekorda imza atacaq
11.10.2015 - 16:01
Madrid “Real”ının hücumçusu Kristiano Ronaldo gələn həftə 2014/15 mövsümü üçün “Qızıl buts” mükafatına layiq görüləcək. Apasport.az saytının “Marka”ya istinadən məlumatına görə, o, bu mükafata dördüncü dəfə sahib olacaq.
Bu isə 1968-ci ildən bəri UEFA tərəfindən təqdim olunan mükafatın tarixi ərzində rekord göstəricidi. Portuqaliya millisinin kapitanı daha əvvəl 2008, 2011 və 2014-cü ildə analoji mükafata layiq görülüb.
Qeyd edək ki, Ronaldo ötən mövsüm “Real” forması ilə La Liqada meydana çıxdığı 35 oyunda 48 qola imza atıb.
0
0