Ronaldo məşqi yenə yarımçıq tərk edib
19.06.2014 - 06:01
Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo dünən keçirilən məşqi başa çatdıra bilməyib. Apasport.az saytının məlumatına görə, ümumi qrupda məşq edən futbolçu, sonradan meydanı tərk edib.
Ronaldonun dizinə yenə buz qoyulub. Bəzi məlumatlara görə, komandanın həkimi ona mundialı tərk etməyi məsləhət görüb.
Portuqaliya yığması start matçında Almaniyaya 4:0 hesabı ilə uduzub. Portuqaliyalılar növbəti oyunu iyunun 23-də ABŞ yığmasına qarşı keçirəcəklər.
- Bellinqem matçın oyunçusu seçildi, "layiq deyiləm" dedi
- “Atletiko”dan sərt addım - “Barselona”dan FIFA-ya şikayət ediləcək
- "Bavariya"nın qapıçısı “Beşiktaş”ı istəyir - Rəhbərliyə bildirdi
- İkardiyə ölkədən çıxış qadağası - Vanda Nara şikayət edib
- Remzidən gözlənilməz qərar - 35 yaşında baş məşqçi oldu
0
0