Ronaldo UEFA Superkubokunu buraxa bilər
23.07.2014 - 04:59
“Real Madrid”in lideri Kriştiano Ronaldo UEFA Superkuboku uğrunda matçı buraxa bilər. Apasport.az saytının məlumatına görə, avqustun 12-də keçiriləcək matçda “Real” “Sevilya” ilə qarşılaşacaq.
Ronaldo vaxtından əvvəl meydana qayıtmaq istəmir. O, növbəti mövsüm ərəfəsində zədəsini ciddiləşdirməmək üçün tam sağalmaq niyyətindədir.
Xatırladaq ki, Ronaldo Braziliyada keçirilən dünya çempionatı öncəsi ciddi zədələnib. Onun hətta dünya çempionatında iştirakı belə sual altında idi.
0
0