[b]Ronaldodan rekord[/b]
03.03.2018 - 14:58
[b]Ronaldodan rekord[/b]

Portuqaliya milli komandasının və İspaniya “Real”ının futbolçusu Kriştianu Ronaldo rekord vurub. Apasport.az saytının məlumatına görə, hücumçu ilin ilk iki ayında 12 qola imza atıb.

 

Bütün turnirlərdə üst-üstə 9 qarşılaşmada iştirak edən Ronaldonun orta məhsuldarlığı 1,33-dü. Bu da 33 yaşlı futbolçunun “Real” karyerasında ən yüksək nəticədi.

 

Qeyd edək ki, 1 het-trik, 4 dubla imza atan hücumçu 1 görüşdə də tək qol vurub. Ronaldo digər 3 matçda isə fərqlənməyib.