Ronaldonun saçının sirri
24.06.2014 - 06:42
Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldonun qeyri-adi saç modelinin sirri açılıb. Apasport.az saytının məlumatına görə, futbolçu xəstə uşağı dəstəkləmək üçün belə saç modeli seçib.
Portuqaliya yığmasının kapitanının başının sol hissəsində saçı ziqzaq formasındadır. Məlum olub ki, Ronaldo bu addımla beyin əməliyyatı keçirən 10 aylıq Erik Ortis Kruzu dəstəkləmək istəyib. Uşağın başında əməliyyatdan sonra belə ziqzaq qalıb.
Xatırladaq ki, Ronaldo həmin uşağın əməliyyatı üçün şəxsi büdcəsindən 60 min avro ayırıb.
0
0