“Real Madrid” və İspaniya yığmasının hücumçusu Kriştiano Ronaldo vurduğu qolların sayına görə hələ də oynayan futbolçular arasında birinci yerə çıxıb. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının yarımfinalının cavab oyununda “Bavariya”nın qapısından 2 top keçirən Ronaldo karyerasındakı rəsmi matçlarda 423-cü qolunu vurub.
Portuqaliyalı futbolçu indiyə qədər bu göstəriciyə görə “Real”ın keçmiş oyunçusu, hazırda “Al-Sadd” klubunda çıxış edən Raula uduzurdu. Hazırda Raulun hesabında 421 qol var. “Barselona”nın lideri Lionel Messi isə karyerası ərzində Kataloniya klubunda və Argentina yığmasının heyətində 389 qol vurub.