Ronaldu favoritlərini açıqladı
29.03.2014 - 04:47
Portuqaliya yığmasının və “Real Madrid”in hücumçusu Kriştianu Ronaldu Braziliyada keçiriləcək dünya çempionatı ilə bağlı gözləntiləri barədə danışıb. Apasport.az saytının məlumatına görə, Ronaldu həm də mundialdakı favoritlərini açıqlayıb.
“Ümid edirəm ki, Braziliyada keçiriləcək dünya çempionatı çox möhtəşəm olacaq” - deyə, portuqaliyalı hücumçu qeyd edib: “Portuqaliya çempionatın favoritləri kimi öz üzərində təzyiqi hiss etmir. Bizim üçün almanlarla ilk görüşümüz çox vacib olacaq. Favoritlərə gəldikdə isə… Braziliya, İspaniya, Argentina və Almaniya”.
0
0