Ronaldo İspaniya Kubokunu Çempionlar Liqasına qurban verdi
14.04.2014 - 23:01
Ronaldo İspaniya Kubokunu Çempionlar Liqasına qurban verdi

“Real Madrid”in hücumçusu Kriştiano Ronaldonun İspaniya Kubokunun finalında “Barselona”ya qarşı oynamayacağı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, aprelin 13-də klubun bazasında həkimlərin, “Real”ın prezidenti Florentino Peresin və futbolçunun özünün iştirakı ilə müşavirə keçirilib.

Peres həkimlərlə məsləhətləşəndən sonra Ronaldonu İspaniya Kubokunun “Barselona”ya qarşı final oyununu buraxmağa, əvəzində isə “Bavariya” ilə Çempionlar Liqasının yarımfinalına hazırlaşmağa inandıra bilib.

Qeyd edək ki, futbolçu son bir neçə mövsümdə həddən artıq yorğunluq səbəbindən diz ağrılarından əziyyət çəkir. Bundan əlavə, Ronaldu Çempionlar Liqasının 1/4 finalının ilk oyununda da zədələnib. Bu səbəbdən də, rəhbərlik ona kiçik məzuniyyət vermək qərarına gəlib.

 

İspaniya Kubokunun finalı aprelin 16-da Valensiyada keçiriləcək.