İspaniya futbol hakimləri texniki komitəsi ölkə Futbol Federasiyasından “Real Madrid”in bəzi oyunçuları barəsində ölçü götürməyi xahiş edib. Apasport.az saytının məlumatına görə, texniki komitə Kriştianu Ronaldu və Serxio Ramosun “Barselona” ilə görüşün baş hakimi Alberto Undiano Malenko barəsində dedikləri sözlərin araşdırılmasını xahiş edib.
Xatırladaq Ki, Malenko “El Klassiko” zamanı “Real”ın qapısına 2 penalti təyin edib və Serxio Ramosu meydandan qovub. Görüş “Barselona”nın 4:3 hesablı qələbəsi ilə başa çatıb.
Ronaldu oyundan sonra Malenkonun çoxlu səhvlər buraxdığını bəyan edib: “Bu cür görüşləri müvafiq dərəcəyə malik olan hakim idarə etməlidir”.
Ramos isə Malenkonun mövsümün sonuna qədər “Real”ın oyunlarını idarə etməyəcəyinə ümid etdiyini bildirib.
Futbol Federasiyası hər iki oyunçunun sözlərinin araşdırılacağını və lazım gəlsə onlara sanksiya tətbiq ediləcəyini bildirib.