Ronaldu zədələndi
08.05.2014 - 06:25
Ronaldu zədələndi

 

“Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo zədələnib. Apasport.az saytının məlumatına görə, portuqaliyalı futbolçu “Valyadolid”lə oyunun artıq 9-cu dəqiqəsində əzələ dartılması səbəbindən meydanı tərk edib.

 

Kriştiano Ronaldonun əvvəlki zədəsinin ağırlaşdığı istisna olunmur. Xatırladaq ki, hücumçu bu zədə səbəbindən 4 oyunu buraxmalı olmuşdu. Onun Çempionlar Liqasının mayın 24-də keçiriləcək final oyununda komandasına kömək etməsi sual altındadır.