Ruben Şaken: Mənə etimad göstərmədilər
17.08.2015 - 15:05
Ruben Şaken: Mənə etimad göstərmədilər

“Den Haaq”la müqavilə imzalasam da, məni heyətində görmək istəyən təkcə bu klub deyildi. “Qroninhen”lə danışıqlar gedirdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri Bakının “İnter”inin sabiq futbolçusu Ruben Şaken deyib.

 

“Den Haaq”a keçən hollandiyalı yarımmüdafiəçi karyerasını vətənində davam etdirdiyinə sevindiyini, ölkəmizdə isə yetərincə şans qazanmadığını bildirib: “Bundan başqa, “Herenven”in də mənə marağı böyük idi. “Qroninhen” konkret təklif irəli sürmüşdü. Amma mən “Den Haaq”ı seçdim. Səbəbi isə naş məşqçimiz Henk Freyzerdi. O, mənə zəng etdi, danışandan sonra lazım olanı tapdığımı hiss etdim. Yenidən Hollandiyaya qayıtdığım üçün xoşbəxtəm. Oynamaq üçün darıxmışam. Azərbaycanda işlərim yaxşı getmədi. Mənə etimad göstərmədilər. Bu üzdən də çox az oynadım”.

 

Qeyd edək ki, 2015-ci ilin əvvəlində transfer olunan Şaken Topaz Premyer Liqasında cəmi 4 oyun keçirib.