Ruis İtaliya-Kosta-Rika oyununun ən yaxşısıdır
20.06.2014 - 22:23
Ruis İtaliya-Kosta-Rika oyununun ən yaxşısıdır

 

İtaliya və Kosta-Rika arasında keçirilən matçın ən yaxşı oyunçusunun adı açıqlanıb. Apasport.az saytının məlumatına görə, FİFA ən yaxşı futbolçunun Kosta-Rika millisinin üzvü Brayan Ruis olduğunu bildirib.

 

Ruis əsas heyətdə meydana çıxıb və 81-ci dəqiqədə əvəzlənib. O, 44-cü dəqiqədə oyunda yeganə qolu vuraraq, komandasının matçda qələbə çalaraq 1/8 finala çıxmasına kömək edib.