[b]Rumıniyalı qapıçının “Xəzər Lənkəran”a keçidi alınmadı[/b]
14.07.2014 - 10:26
“Xəzər Lənkəran” Rumıniyanın “Dinamo” klubundan transfer etmək istədiyi qapıçı Kristian Belqradyenlə razılaşa bilməyib. Apasport.az xəbər verir ki, bu barədə Rumıniya mətbuatı məlumat yayıb.
Tərəflərin maliyyə məsələlərində ortaq məxrəcə gəlmədiyi bildirilir. Belə ki, rumıniyalılar Belqradyenin cənub klubuna keçidi üçün 100 min avro transfer haqqı tələb ediblər. Həmçinin, “ağ-yaşıllar” çərçivə qoruyucusuna bir ilinə 300 min avro maaş verməli idi. Belədə onun transferi “Xəzər Lənkəran”a 400 minə başa gəlirdi. Bu səbəbdən Lənkəran təmsilçisi ondan imtina edib.
0
0