Rumınyada ilin futbolçusu bəlli olub. Apasport.az saytının yerli mətbuata istinadən məlumatına görə, milli komandanın və “Fiorentina”nın qapıçısı Çiprian Tataruşanu ən yaxşı seçilib.
“Sporturilor” qəzetinin oxucuları, Rumınya liqasında çıxış edən klubların prezidentləri, baş məşqçiləri və kapitanları arasında keçirilən sorğunun qalibi olan “çərçivə qoruyucusu”nun öz uğurlu çıxış ilə Rumınya millisinin AVRO-2016-ya yüksəlməsində və öz qrupunda ən az qol buraxan komanda olmasında əvəzsiz xidməti olub.
Maraqlıdı ki, Rumınyada axırıncı dəfə hansısa qapıçı ilin futbolçusu seçiləndə Tataruşanu yenicə anadan olmuşdu. 1986-cı ildə “Styaua”nın qapıçısı olmuş Helmut Dudak bu şərəfə nail olmuşdu.
- Türkiyə futbolunda mərc skandalı - “Trabzonspor”un prezidenti də siyahıda
- “Roma” Messinin vida matçına iki futbolçusunu buraxmadı
- “Tottenhem” və “Aston Villa” 20 yaşlı argentinalının izində
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”