Runi karyerasını ABŞ-da bitirəcək
20.07.2015 - 09:09
Runi karyerasını ABŞ-da bitirəcək

“Mançester Yunayted”in və İngiltərə yığmasının hücumçusu Ueyn Runi karyerasını ABŞ çempionatında bitirə bilər. Apasport.az saytı xəbər verir ki, 30 yaşlı futbolçu gələcəkdə MLS-də oynaya biləcəyini istisna etməyib.

 

Runi qeyd edib ki, vaxtı gələndə ABŞ-dan aldığı təklifləri dəyərləndirəcək: “Bir neçə ildən sonra karyeramı ABŞ-da davam etdirə bilərəm. Təbii ki, hazırkı məqamda bundan söhbət gedə bilməz. Çünki mən bütün diqqətimi “Mançester Yunayted”ə yönəltmişəm. Vaxt gələcək, MLS-dən olan təklifləri dəyərləndirəcəm. Qərar verəndə həyat yoldaşımla məsləhətləşəcəm”.

 

Qeyd edək ki, “Everton”un yetirməsi olan Runi 2004-cü ildən “Mançester Yunayted”in uğurları üçün çalışır. O, “mankunianlar”ın heyətində bu vaxta qədər 479 oyunda 230 qol vurub.