Azərbaycan millisinin sentyabrın 3-də Rusiya ilə keçirəcəyi yoxlama görüşü qonşu ölkənin çempionatının təqviminə təsir edib. Apasport.az saytının məlumatına görə, Rusiyada Premyer Liqanın təqvimində dəyişikliyə məruz qalıb.
Belə ki, VI turun “Lokomotiv” – “Zenit” matçının vaxtı dəyişdirilib. Qarşılaşma sentyabrın 1-də keçirilməli olsa da, Rusiya millisinə futbolçu verən klubların görüşü avqustun 31-də baş tutacaq. Buna səbəb yığma üzvlərinin Azərbaycanla matçdan 2 gün əvvəl meydana çıxmasının düzgün sayılmamağı olub.
Qeyd edək ki, IV turun oyunlarının avqustun 29-31-də keçiriləcək Topaz Premyer Liqasından fərqli, Rusiyada 1 görüş sentyabrın 1-də baş tutacaq. Bu da “Krasnodar”la “Dinamo” arasında görüşdü.