"Mordoviya" rəsmisi: "Qəbələ"də oynamış futbolçunu istəmirik
07.06.2014 - 12:30
"Mordoviya" rəsmisi: "Qəbələ"də oynamış futbolçunu istəmirik

Rusiyanın “Mordoviya” klubunun “Qəbələ”nin sabiq futbolçusu Marat İsmayılovu heyətinə qatacağı xəbəri təsdiqini tapmayıb. Apasport.az saytının məlumatına görə, Saransk təmsilçisinin Maratdan başqa, Diniyar Bilyalətdinov, eləcə də atası azərbaycanlı olan və yaxınlarda ölkəmizə gəlmiş Aleksandr Əliyevi istədiyi bildirilirdi.

Ancaq “Mordoviya”nın direktoru Vladimir Bibikov bu haqda belə deyib: “Mətbuatda hardansa bu adlar peyda olub. Deyəsən, adamlar stereotiplərin qurbanına çevrilib. Bu oyunçularla heç danışıqlar aparmamışıq. Yuri Syominlə müqavilə imzaladıqdan dərhal sonra bizə komandamızda görmək istədiyimiz oyunçuların siyahısı təqdim olundu. Syominin siyahısında bu adlar olmayıb”.

Qeyd edək ki, “Mordoviya”nın “Qəbələ”dən hollandiyalı Lorentso Ebesilio ilə yaxın günlərdə müqavilə bağlayacağı gözlənilir. Bundan başqa, Syominin “Qarabağ”dan braziliyalı Reynaldo və “Qəbələ”dən seneqallı İbrahima Niassı komandasında görmək istədiyi bilinir.