“Lap yaxınlarda biz Azərbaycan yığmasına 0:2 məğlub olmuşduq”. Apasport.az saytının məlumatına görə, bunu 17 yaşadək qızlardan ibarət Rusiya yığmasının kapitanı Olqa Voloşina deyib.
Novosibirsk şəhərində keçirilən “Avrasiya” turnirində bu gün millimiz Rusiya yığması ilə yarışın qalibi olmaq uğrunda mübarizə aparacaq. Təşkilatçılar tərəfindən “Sibir”lə qolsuz başa çatan oyunun ən yaxşı futbolçusu sayılan Voloşina millimizlə görüş haqqında fikirlərini bildirib.
O, millimizə Antalyada məğlub olduqdan sonra Rusiyada da yenilməyi rüsvayçılıq kimi qələmə verib: “Ancaq biz zəif deyilik. Sadəcə o vaxt müdafiədə oyunumuz alınmamışdı, qapıçılarımız səhvə yol vermişdi və hücumçularımız bir metrdən qol vura bilməmişdi. Qısası, hamı 1 nəfər, 1 nəfər hamı üçündür. İndi biz mütləq qələbə qazanmalıyıq! Əgər qalib gəlməsək, bu, biabırçılıq olacaq. Hətta Moskvaya getmək istəmərəm! Döyüşəcəyik!”
[b]Rusiya millisinin kapitanı: Azərbaycana qalib gəlməsək, biabırçılıq olacaq[/b]
26.04.2014 - 11:53
0
0