Rusiya millisi, böyük ehtimalla, dünya çempionatına kapitanı Roman Şirokovsuz yollanacaq. Apasport.az saytının məlumatına görə, Şirokov ciddi zədə alıb.
Sankt-Peterburqda Slovakiya (1:0), Osloda Norveç (1:1) və dünən Moskvada Mərakeş yığması (2:0) oyunlarda Şirokov start heyətində meydana çıxmayıb. Son görüşdə ümumiyyətlə meydana çıxmayan “Krasnodar”ın yarımmüdafiəçisi artıq heyətdən çıxarılıb. Onun yerinə isə “Rubin”in gənc yarımmüdafiəçisi Pavel Moqilevets Braziliyada iştirak edəcək “23-lüy”ə daxil edilib.
Rusiya yığmasının italiyalı baş məşqçisi Fabio Kapello isə Mərakeşlə oyundan sonra keçirilən mətbuat konfransında bu haqda belə deyib: “Bazar ertəsi o, Finlandiyaya əməliyyata gedir. Əgər əməliyyat baş tutsa, onun dünya çempionatında iştirakı mümkün olmayacaq. Şirokovla bağlı yekun qərar səhər qəbul ediləcək... DÇ-nin rəsmi iştirak ərizəsində onu Pavel Moqilevets əvəzləyəcək”.
Rusiya yığması Braziliyaya kapitansız gedir
07.06.2014 - 11:23
0
0