Rusiyada oynayan legioner millimizin toplanışında olmayacaq
21.02.2014 - 17:47
Rusiyada oynayan legioner millimizin toplanışında olmayacaq

19 yaşadək futbolçulardan ibarət yığmamızın heyətində dəyişiklik edilib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, zədəli olduğu üçün “Anji”nin oyunçusu Şahban Cəbrayılov heyətdən çıxarılıb.

 

Artıq onun əvəzinə futbolçu da çağırılıb. Belə ki, yığmanın hazırlıq prosesinə “Neftçi”dən Aqşin Qurbanlı dəvət olunub.

 

Qeyd edək ki, millimiz fevralın 24-dən 28-dək Bakıda təlim-məşq toplanışı keçirəcək. Toplanışa 25 futbolçu dəvət olunub.