Ruslan Abışov sorğu-suala gəldi
05.05.2014 - 13:04
“Rubin”də forma geyinən millimizin futbolçusu Ruslan Abışov Bakıya qayıdıb. Apasport.az saytının əldə etdiyi məlumata görə, onun səfərində məqsəd yığmamızın mayın 27-də ABŞ-la keçirəcəyi yoldaşlıq oyunu ilə bağlıdır.
Belə ki, ABŞ səfirliyində sorğudan keçəcək Ruslan sabah yenidən Kazana qayıdacaq.
Yeri gəlmişkən, Abışov ölkə xaricində çıxışını davam etdirməyəcəyi təqdirdə, klublarımızdan birinə keçə bilər. Onun daha çox “Neftçi”yə qayıdacağı bildirilir.
0
0