Ruslan Əmircanov “Şiroki Briyeq”lə oyunu buraxa bilər
30.06.2014 - 20:07
Ruslan Əmircanov “Şiroki Briyeq”lə oyunu buraxa bilər

 

Mövsümlərarası fasilədə “İnter”dən ayrılan və “Qəbələ” ilə müqavilə imzalayan Ruslan Əmircanov Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək oyunu buraxa bilər. Apasport.az saytının məlumatına görə müdafiəçi zədəlidir.

 

İyulun 3-də Qəbələdə tarixində ilk dəfə Avropa Liqasının oyununa çıxacaq meydan sahiblər matçın hazırlığını klubun bazasında davam etdirir. İyunun 13-dən 27-dək Sloveniyada təlim-məşq toplanışı keçirən “qırmızı-qaralar” hazırlığın son mərhələsi zamanı itki ilə üzləşib. Belə ki, sağ cinah müdafiəçisi Əmircanov zədəli olduğundan komandadan ayrı çalışır. Sloveniyadakı toplanışın sonuna yaxın əzələsi dartılan futbolçu fərdi məşqlərlə kifayətlənir. Onun matç gününə hazır olub-olmayacağına həkimlər qərar verəcək.