Ruslan Qurbanov: “Kəpəz”lə oyunadək hazır olacağıq
24.07.2015 - 08:47
“Alanyaspor”la oyun maraqlı alındı. Yaxşı oynadıq. Xüsusilə ilk hissədə çoxlu qol imkanlarımız oldu, sadəcə, bəxtimiz gətirmədi”. Apasport.az saytının məlumatına görə, bunu “Neftçi” futbolçusu Ruslan Qurbanov “Alanyaspor”la yoxlama oyunundan (1:1) sonra deyib.
Görüşdə yeganə qolunun müəllifi klubunun saytına bildirib ki, Azərbaycan çempionatının startına kimi tam hazır olacaqlar: “Tədricən forma yığırıq, məşqlərdə var gücümüzlə çalışırıq. Çempionat oyunlarına hazırlaşırıq. Fikrimcə, Premyer Liqanın ilk turunun “Kəpəz”lə oyununadək hazır olacağıq”.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq
0
0