Ruslardan yığmamıza 3 cavabsız qol
22.03.2014 - 17:53
Ruslardan yığmamıza 3 cavabsız qol

19 yaşadək qızlardan ibarət Azərbaycan yığması Soçidə təşkil olunan “Kuban baharı” turnirində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, B qrupunda mübarizə aparan komandamız İsrail millisinin ardından Rusiya futbolçularına da məğlub olublar.

 

Şimal qonşularımız yığmamızın qapısından 3 cavabsız top keçiriblər. Qrupumuzun digər matçında isə israillilər Rumıniya üzərində 1:0 hesablı qələbəyə seviniblər.

 

Rusiya

2

2

0

0

5-0

6

İsrail

2

2

0

0

2-0

6

Rumıniya

2

0

0

2

0-3

0

Azərbaycan

2

0

0

2

0-4

0

 

Qeyd edək ki, komandamız növbəti oyununu martın 24-də Rumıniyaya qarşı keçirəcək.