Sabah “Simurq”a baxışa futbolçular gələcək
02.07.2014 - 17:32
Sabah “Simurq”a baxışa futbolçular gələcək

Yeni mövsümün hazırlıqları üçün Sloveniyada olan “Simurq” gündə iki dəfə olmaqla məşqlərini davam etdirir. Apasport.az saytının məlumatına görə, səhər hazırlıqlarında əsasən fiziki tapşırıqları yerinə yetirən Georgi Çixradzenin yetirmələri axşam məşqlərində taktiki və texniki çalışmalarla məşğul olur.

Qapıçılar Pavel Kapsa, Amil Ağacanov və Rəşad Əzizov qapıçılarla işləyən məşqçi Emil Babayevin rəhbərliyi altında komandadan ayrı hazırlıqları davam etdirir. Sabahdan etibarən Zaqatala təmsilçisinin düşərgəsinə baxış üçün dəvət olunmuş futbolçular qoşulacaq.

Qeyd edək ki, “Simurq” ilk yoxlama oyununu iyulun 6-da keçirəcək. Ancaq hələ rəqibin kimliyi bilinmir.