Argentina yığmasının baş məşqçisi Alexandro Sabelya Messinin meydanda tez-tez qusması ilə bağlı açıqlama verib. Apasport.az saytının məlumatına görə, mütəxəssis argentinalı futbolçunun əsəb gərginliyi zəminində qusduğunu iddia edib.
Messi Sloveniya komandası ilə yoldaşlıq görüşü zamanı yenidən qusub. Hadisə futbolçunun 76-cı dəqiqədə qol vurmasından 5 dəqiqə sonra baş verib və kameralar tərəfindən çəkilib. Oyun 2:0 hesabı ilə Argentina millisinin xeyrinə başa çatıb.
Messi “Barselona”nın heyətində də bir neçə dəfə bu halla üzləşib. Lionel vaxtaşırı olaraq bununla üzləşdiyini etiraf edib. Həkimlər hələlik onun qusmasının səbəbini tapa bilmirlər.
Alexandro Sabelya yeganə səbəbin həddən artıq gərginlik ola biləcəyini vurğulayıb: “Onu tez-tez millinin heyətində can yandırmamaqda günahlandırırlar. Belə turnir öncəsi sakitliyi qorumaq çətindir”.