Kolumbiyalı müğənni Şakira həyatını dəyişən hadisəyə görə dünya çempionatına borclu olduğunu bəyan edib. Apasport.az saytının məlumatına görə, Şakira sevgilisi və uşağının atası Jerar Pike ilə 2010-cu il dünya çempionatında tanış olub.
Şakira Cənubi Afrika Respublikasında keçirilən çempionatda “Waka Waka – Time for Africa” adlı himni ifa edib: “Mən sevgimi dünya çempionatında tapdığımı heç bir zaman unutmayacağam. Dünya çempionatı olmasaydı, oğlum Milan da olmazdı”.
Şakira bu gün keçiriləcək finaldan öncə “La la la” mahnısını ifa edəcək. O, mundialda çıxış imkanı yaradıldığına görə təşkilatçılara təşəkkür edib.