Məşhur müğənni Şakira Kolumbiya millisinin dünya çempionatındakı çıxışı barədə danışıb. Apasport.az saytının məlumatına görə, Şakira komandanın çıxışından məmnun qaldığını bildirib.
Müğənni ölkəsi ilə fəxr etdiyini vurğulayıb: “Kolumbiya millisi özünün döyüşkən xarakterini göstərdi, hər bir futbolçu istedadını nümayiş etdirdi. Mən həm də nədən yoğurulduğunu nümayiş etdirərək turnirin ən yaxşı bombardiri və ulduzlarından biri olan Xames Rodriqeslə fəxr edirəm. Mən fəxr edirəm ki, Kolumbiya millisi dünya çempionatları tarixində özünün ən yaxşı oyununu nümayiş etdirdi”.
Xatırladaq ki, Kolumbiya millisi dünya çempionatının 1/4 finalına kimi irəliləyib və bu mərhələdə Braziliya yığmasına 2:1 hesabı ilə məğlub olub.