Salonikidə yubileyi gözləyənlər
24.11.2015 - 09:46
Avropa Liqasının qrup mərhələsinin V turunun PAOK-la Yunanıstandakı qarşılaşması “Qəbələ”nin bəzi futbolçuları üçün yubileylə əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, 5 futbolçu noyabrın 26-dakı görüşdə avrokuboklarda əlamətdar matçına çıxmaq imkanına malikdi.
Lakin onlardan biri – Sergey Zenyovun 30-cu görüşünü keçirməsi inandırıcı görünmür. Çünki estoniyalı zədədən əziyyət çəkir. Meydana çıxacağı halda, Aleksey Antonov 35-ci, Georgi Floresku 25-ci, Samir Zərgərov 10-cu, Elvin Camalov 5-ci avrokubok qarşılaşmasında iştirak edəcək.
0
0