Samir Əliyev komandasından ayrı düşdü
16.02.2015 - 10:55
16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, iki futbolçu fevralın 14-dən Bakıda təlim-məşq toplanışında olan yığmanın hazırlıqlarına qatılmayıb.
Bunlar “İnter”in futbolçusu Nadir Qasımovla “Bakı”nın üzvü Samir Əliyevdi. “Bsankirlər”in oyunçusu zədəli olduğuna görə, paytaxtın eyniadlı təmsilçisinin futbolçusu isə səhhəti ilə əlaqədar toplanışda iştirak edə bilmir.
Qeyd edək ki, toplanışa 24 futbolçu dəvət olunmuşdu.
0
0