“Mançester Siti”nin heyətində şad xəbər. Apasport.az saytının məlumatına görə, “şəhərlilər”in zədəli furbolçuları olan Samir Nəsri ilə Elyakim Manqala İngiltərə Premyer Liqasının XXIV turu çərçivəsində “Hall Siti” ilə oyuna hazırdılar.
Bu haqda “Mançester Siti”nin baş məşqçisi Manuel Pelleqrini deyib. O bildirib ki, hər iki oyunçu “Hall Siti” ilə görüşdə komandasına kömək edəcək. Təcrübəli mütəxəssis Nəsri və Manqalanın adını şifariş ərizəsinə salacaq.
Xatıladaq ki, “Mançester Siti” - “Hall Siti” qarşılaşması sabah Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, hər iki fransalı fubolçu sonuncu dəfə yanvarın 10-da “Everton”la görüşdə meydana çıxıb.