“Qalatasaray”ın kapitanı Səbri Sarıoğlu ilə bağlı müəmma davam edir. Apasport.az saytının məlumatına görə, futbolçu yenə də bu gündən mövsümə hazırlıqlarını İstanbulda davam etdirən “Qalatasaray”ın məşqinə qatılmayıb.
İstanbula qayıdan komandanın məşqlərdən kənarlaşdırılan futbolçular, o cümlədən Səbri Sarıoğlu ilə bağlı hansı qərar verəcəyi maraqla gözlənilirdi. Bir neçə gün öncə Səbrinin yenidən komandaya qaytarılacağı bildirilirdi. Səbrinin qaytarılacağı ilə bağlı klubun başqanı Ünal Aysal şəxsən mesaj vermişdi. Amma nə kapitan, nə də digər futbolçular məşqdə iştirak etməyiblər. Bəzi məlumatlara görə, komandadan uzaqlaşdırılan futbolçular ayrıca məşq edəcəklər.