“Qarabağ”ın qapıçısı İbrahim Şehiç avrokuboklarda ardıcıl 3-cü quru oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsinin “Rudar”la (Monteenqro) hər iki görüşündə qapısını toxunulmaz saxlayan qolkiper ötən mövsümün İtaliya “İnter”i ilə son qarşılaşmasında da qol buraxmamışdı.
İbrahim avrokuboklarda son dəfə topu qapısından 2014-cü il noyabrın 28-də çıxarıb. Həmin gün Fransada “Sent-Etyenn”lə qarşılaşmada “Qarabağ” qol buraxıb.
1:1 hesabı ilə başa çatan matçda təmsilçimizi Rikki van Volfsfingel məyus edib. Onun 21-ci dəqiqədə vurduğu qoldan sonra Şehiç 349 dəqiqədi qol buraxmır.
- Tuxeldən sürpriz qərar – 16 yaşlı “Arsenal”lı İngiltərə millisinə qoşula bilər
- “Qalatasaray”a Osimhen müjdəsi – Qayıdacağı tarix bəlli oldu
- “Mançester Yunayted” Premyer Liqadan müdafiəçi seçdi
- “Mançester Yunayted” Premyer Liqada sonuncudur – Şok statistika
- Zidan Fransa millisində ilk məşqini keçirdi – Debüt Türkiyəyə qarşı olacaq