Səlçuk İnan: Mənim adımdan danışmağa icazələri yoxdur
26.04.2014 - 06:05
“Qalatasaray”ın futbolçusu Səlçuk İnan “Beşiktaş”a keçəcəyi ilə bağlı xəbərə aydınlıq gətirib. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Fənərbaxça”ya keçməsi xəbərindən sonra “Beşiktaşa” keçməsi xəbərini də təkzib edib: “Bəzi qəzetlərdə mənimlə bağlı çıxan xəbərlərin heç bir əsası yoxdur. Baş məşqçi Mançini ilə də problem yaşamıram. Mənim və ya menecerim Batur Altıparmağın heç bir komanda ilə danışığımız olmayıb. Menecerimdən başqa kiminsə mənim adımdan danışmaq hüququ yoxdur. Yayılan bütün xəbərlər yalandır”.
0
0