[b]Senator “Hafka”ya söz atdı [/b]
16.07.2014 - 18:57
[b]Senator “Hafka”ya söz atdı [/b]

Fransanın Nord Pa deKale regionunun prezidenti Daniel Perşeron "Lans"ın Liqa 1-ə buraxılmamasına münasibət bildirib. Apasport.az saytının xəbərinə görə, senator bu vəziyyətin əsasən azarkeşlərə mənfi təsir etdiyini söyləyib.

 

O, hər oyuna 40 min azarkeşi gələn bir komandanın Liqa 1-ə necə buraxılmamasını anlamadığını deyib.

 

Perşeron "Lans"ın sahibi olan "Bakı" klubunun prezidenti, azərbaycanlı iş adamı “Hafka” ləqəbli Hafiz Məmmədov haqda da danışıb: "Görünür, Məmmədov Fransada etibar qazana bilməyib. Ancaq bu, İspaniyada "Atletiko" və hətta İngiltərədə "Şeffiild Uensdey"lə bağlı halın bənzəri deyil. Bilirəm ki, o klublarda hər şey yaxşı olacaq. Bir neçə gün öncə yayılmış bəyanatlardan sonra müəyyən suallar yarandı. Lakin heç birinə cavab verilmədi".

 

Qeyd edək ki, "Lans"ın Liqa 1-də mübarizə aparması üçün 28 milyon avroluq büdcə tələb olunur. Hazırda klubun büdcəsində 18 milyon avro olduğundan, komanda əsas liqaya buraxılmır (sportnet.az).