Futzal üzrə dünya çempionatının pley-off mərhələsinə yüksələn Azərbaycan millisi arzuolunmaz rəqiblərdən sayılır. Apasport.az saytının məlumatına görə, seçmə mərhələdə qrup qalibi olan yığmamız əksər komandalar üçün təhlükəli rəqibdi.
Bu üzdən də pley-offdakı potensial rəqiblərimiz də millimizlə qarşılaşmaq istəmir. Serbiya yığması da fevralın 12-də baş tutacaq püşkdə komandamızla düşməyin əleyhinədi.
Bunu balkanlıların baş məşqçisi Atsa Kovaçeviç açıqlayıb: “Püşk bizi 6 komanda ilə üz-üzə qoya bilər. Bunlar İspaniya, İtaliya, Portuqaliya, Azərbaycan, Ukrayna və Qazaxıstandı. Bu yığmaların hamısı hörmətə layiqdi. Amma yenə də onlar arasında gücümüzə görə ola biləcək rəqib Qazaxıstandı. Amma indi onlar da çox vüclüdü. Bu komandanın heyətində tanınmış braziliyalılar da var”.
Qeyd edək ki, pley-offun püşkü Serbiyanın Belqrad şəhərində atılacaq.
- “Qalatasaray” milli fasilədə yoxlama matçı keçirəcək
- De Xea “Mançester Siti”yə yenə söz atdı: “Deməli, yenidən danışırıq...”
- 114 ittiham üzrə günahkar bilindi - “Mançester Siti” satıla bilər
- “Məlumatların silinməsi iddiası yalandır” - TFF-dən açıqlama
- Klubsuz qalan İkardi: “Mənim artıq hər şeyim var”