Türkiyənin “Qaziantepspor” futbol klubunun baş məşqçisi Sergen Yalçın istefaya gedib. Apasport.az saytının məlumatına görə, vaxtilə “Beşiktaş” və “Qalatasaray”ın şərəfini qoruyan Yalçın istefa qərarını komandasının “Fənərbaxça”yla oyunundan sonra verib.
Sergen Yalçın artıq klubla yollarının ayrıldığını bəyan edib: “Komandanı qəbul etdiyim yerlə onu buraxdığım yer məlumdur. Əlimizdən gələn hər şeyi etdik. Amma artıq bizdən asılı olmayan şeylər, problemlər var. Mən baş məşqçi kimi təcrübəli deyiləm. Postumu tərk etməyi daha düzgün hesab edirəm. Komandanı və Qaziantep xalqını çox sevirəm. Gəldiyimiz gündən hansı şərtlər daxilində mübarizə apardığımız bəllidir. Məni unutmasınlar. Ola bilər ki, gələcəkdə yenidən bir yerdə olduq. İstefamın “Fənərbaxça”ya məğlubiyyətimizlə əlaqəsi yoxdur. Onlar bizim rəqibimiz deyil. Nəticəni normal hesab edirəm. Pis vəziyyətdə olmağımıza baxmayaraq, əlimizdən gələni etdik. “Qaziantepspor”a uğurlar diləyirəm”.