Sergey İqnaşeviç antirekorda imza atıb Raulu arxada qoydu
26.11.2015 - 00:57
Sergey İqnaşeviç antirekorda imza atıb Raulu arxada qoydu

Moskva MOİK-inin müdafiəçisi Sergey İqnaşeviç Çempionlar Liqasında antirekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Moskvada baş tutan görüşdə “hərbiçilər”in “Volfsburq”a uduzmasından sonra rus futbolçu qitənin ən nüfuzlu klub turnirində 37-ci dəfə məğlubiyyət acısı yaşayıb.

 

Müdafiəçi bu nəticə ilə Çempionlar Liqası karyerasında 36 məğlubiyyət görmüş ispan futbolçu Raul Qonzalesi geridə qoyub.