“Rəqib güclü komanda idi. Bizim üçün heç də asan olmadı”. Apasport.az xəbər verir ki, bu sözləri dünən yoldaşlıq görüşündə “Neftçi” ilə qarşılaşan Kiyev “Dinamo”sunun baş məşqçisi Sergey Rebrov deyib.
O bildirib ki, Azərbaycan klubu “Dinamo”ya nisbətən daha hazırlıqlı idi: “Hər kəs bizim rahat oynayacağımızı düşünürdü. Amma belə olmadı. 2:2 bərabərlik oyunun düzgün nəticəsi idi. İki qol buraxmağımıza səbəb müdafiədə olan səhvlərimiz idi. Həmçinin, rəqib zəif və ya sıradan bir komanda deyildi. “Neftçi” Avropa Liqasına hazırlaşır. Onlar artıq 17 gündür təlim-məşq toplanışına başlayıblar. Bizə baxanda daha hazırlıqlı idilər. Komandamızın müdafiədəki səhvləri üzərində işləyib onları düzəltməyə çalışacağıq”.